×
Haqqımızda

Bizimlə əlaqə: +99450 2291060 +99412 4048203

Port Baku Towers, 153, Neftchiler Avenue

Movida Lounge & Dining

Sizi 2014-ci ildə soyuq fevral ayında açılan Livan, Mərəkeş və Avropa mətbəxinin ən ləziz təamlarını qonaqlara təqdim edən Movida Lounge & Dining restoranımız ilə tanış etmək istəyirik. 5 ildən artıq müddətdir ki, Neftçilər prospekti 153, Port Baku Towers ünvanında yerləşən restoranımız qonaqlarına ən yüksək səviyyədə xidmət göstərməkdədir və bunun nəticəsi olaraq o artıq restoran sektorunda yerli bir brendə çevrilib. Movida Lounge & Dining restoranı fəaliyyəti zamanı bütün qonaqlarının qəlbində özünəməxsus bir yerə sahib olmağa nail olmuşdur. Buna səbəb kimi qonaqlarımız xidmət və məhsullarımızın yüksək keyfiyyətini, ləzzətli yeməklərimizi və təbii ki, gülərüz personalımızı əsas göstərməkdədir. Siz bizim restoranımızda hər damaq dadına uyacaq yeməklərdən həzz ala, xüsusi resept və üsullarla hazırlanan kokteyllərimiz ilə özünüzü sevindirə və təravətli qəlyanlarımız ilə çox yaxşı istirahət edə bilərsiniz.

Şəhərimizdə ən dadlı Livan və Mərəkeş yeməklərinin olduğu məkan olaraq tanınmağımız bizi bir başqa sevindirir. Və qeyd etmək istərdik ki, Livan və Mərəkeş yeməkləri dünyada  insan sağlamlığı üçün ən faydalı yeməklərdən sayılır, çünki bu mətbəxə məxsus olan yeməklər, təzə tərəvəzlər, meyvələr və xusisi ədviyatların qarışımından hazırlananmaqdadır. Həm də qeyd etmək istərdik ki, biz öz xüsusi qəlyanlarımız ilə də çox məşhuruq, çünki restoranımızda təqdim edilən qəlyan, ən peşəkar qəlyançılar tərəfindən yüksək keyfiyyətli tütünlərdən hazırlanır. Biz daima çalışırıq ki, öz qonaqlarımıza hər gün bir öncə ki gündən daha yaxşı xidmət göstərək. 

Sizi də öz restoranımızda görməkdən şad olarıq.